Qubada TORPAQ SÜRÜŞMƏSİ – Altı kəndə gedən yol bağlandı – FOTO

Qubada TORPAQ SÜRÜŞMƏSİ – Altı kəndə gedən yol bağlandı – FOTO

Hazırda oxunan: Qubada TORPAQ SÜRÜŞMƏSİ – Altı kəndə gedən yol bağlandı – FOTO

619622

Quba rayonunda torpaq sürüşməsi nəticəsində 6 kəndə gedən avtomobil yolu bağlanıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Quba-Amsar-Tüləkəran avtomobil yolunun meşə massivindən keçən 4-cü kilometrliyində qeydə alınıb.

Sürüşmə nəticəsində eni 6 metr, uzunluğu isə təxminən 100 metr olan asfalt örtüyü çöküb və ərazidə nəqliyyatın hərəkəti tam dayanıb.

Quba Fövqəladə Hallar Komissiyasının sədri, rayon icra hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov saytımıza açıqlamasında məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, hadisə ilə bağlı aidiyyəti mərkəzi qurumlara dərhal məlumat verilib və ərazidə vəziyyət nəzarətə götürülüb.

Hazırda sakinlərin gediş-gəlişini təmin etmək məqsədilə Əski İqriq kəndinin çaykənarı hissəsindən alternativ yol çəkilir. Müvəqqəti yolun günün sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.









Aytəmin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO