Azərbaycanda Media və Yayım Şurası YARADILACAQ

Azərbaycanda Media və Yayım Şurası YARADILACAQ

Hazırda oxunan: Azərbaycanda Media və Yayım Şurası YARADILACAQ

619533

Azərbaycanda media sahəsində vahid qurum - Media və Yayım Şurası yaradılacaq.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanun layihəsində əks olunub.

“Dövlət qulluğu haqqında” Qanunun müvafiq maddələrində Audiovizual Şura sözünün Media və Yayım Şurası sözü ilə əvəzlənlənməsi təklif edilib.

Həmçinin, “Media haqqında” Qanunun əsas anlayışlarında Audiovizual sözünün Media və Yayım Şurası sözü ilə dəyişdirilməsi təkliflərdə yer alıb.

Sənədə əsasən, yeni qurum televiziya və radio ilə yanaşı, çap və onlayn medianın da tənzimlənməsində iştirak edəcək, ümumilikdə media sektoruna nəzarət edən səlahiyyətli dövlət orqanı kimi fəaliyyət göstərəcək.

Təqdim olunan qanun layihəsi media sahəsində normativ tənzimləmənin müasirləşdirilməsi, tətbiq mexanizmlərinin gücləndirilməsi, hüquqi müəyyənliyin təmin edilməsi və beynəlxalq standartlara uyğunluğun artırılması məqsədi daşıyır.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO