Rus dili bölməsi üzrə müəmma: Müsahibədən keçən 21 şagirdin qəbulu dayandırılıb?

Rus dili bölməsi üzrə müəmma: Müsahibədən keçən 21 şagirdin qəbulu dayandırılıb?

Hazırda oxunan: Rus dili bölməsi üzrə müəmma: Müsahibədən keçən 21 şagirdin qəbulu dayandırılıb?

618157

Ağdaşda bir qrup valideyn övladlarının birinci sinfə qəbulu ilə bağlı yaranmış vəziyyətdən narazıdır.Valideynlərin iddiasına görə, Ağdaş şəhəri Bəkir Nəbiyev adına 3 nömrəli tam orta məktəbin rus bölməsi üzrə müsahibədən uğurla keçmiş 21 şagirdin məktəbə qəbulu sonradan dayandırılıb.

Onlar bildirirlər ki, uşaqlar qəbul prosesində iştirak edərək müəyyən edilmiş tələbləri yerinə yetiriblər və təhsil almaq hüququ qazanıblar.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən oxu.az-a bildirilib ki, birinci sinfə qəbul prosesi Azərbaycan Respublikasında hər bir uşağın ümumi təhsil alma hüququnun təmin edilməsinə xidmət edir və bütün mərhələlər şəffaf, ardıcıl və müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilir.

Qurumdan qeyd edilib ki, qəbul prosesi elektron sistem üzərindən aparılır və mayın 6-dan bu günədək ümumilikdə 106 minə yaxın uşağın birinci sinfə qəbulu uğurla tamamlanıb:

"Sinif komplektlərinin formalaşdırılması yalnız birinci sinfə qəbul prosesinin bütün mərhələləri yekunlaşdıqdan sonra həyata keçiriləcək. Müsahibə mərhələsi məktəblər tərəfindən təşkil olunan müsabiqə xarakteri daşımır.

Bu mərhələ yalnız uşaqların seçilmiş tədris dili üzrə dil bacarıqlarının qiymətləndirilməsi məqsədilə həyata keçirilir. Müsahibədən uğurla keçən uşaqlar üçün iyunun 17-dən etibarən valideynlər tərəfindən məktəb və müəllim seçimi mərhələsinə başlanılacaq".

Açıqlamada bildirilib ki, birinci sinfə qəbul prosesi sentyabr ayınadək davam edəcək:

"Bu müddət ərzində ictimaiyyətə əvvəlcədən elan edilmiş qrafikə uyğun olaraq məktəb və müəllim seçimi, eləcə də ayrı-ayrı ümumi təhsil müəssisələrinə qeydiyyat mərhələli şəkildə həyata keçiriləcək.

Tədrisin digər dillərdə aparıldığı bölmələr üzrə müraciətlərin qəbulu üçün də bu müddət ərzində imkan yaradılacaq. Bu səbəbdən valideynlərdən prosesin hər mərhələsini müəyyən edilmiş tarixlərə uyğun izləmələri və yalnız rəsmi məlumatlara əsaslanmaları xahiş olunur".

Qeyd edək ki, qurum müraciətdə qeyd olunan 21 şagirdlə bağlı iddialara birbaşa münasibət bildirməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO