Zaqatalada yük maşını yandı

Zaqatalada yük maşını yandı

Hazırda oxunan: Zaqatalada yük maşını yandı

618129

Zaqatalada Bakı sakininin idarə etdiyi yük maşını yanıb.

Bizim.Media xəbər verir ki, hadisə Qax-Zaqatala avtomobil yolunun Zaqatalanın Çobankol kəndi ərazisindən keçən hissəsində baş verib.

Bakı sakini Ruslan Əhmədovun idarə etdiyi “Ford Tranzit” markalı xırdatutumlu yük avtomobilinin salon hissəsində yanğın baş verib. Yanğın nəticəsində maşının salon hissəsi yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğına səbəb maşının elektrik sistemində baş vermiş qısa qapanma göstərilir.

Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO