“Sosial media platformalarının üzərinə qoyulan öhdəliklərlə yanaşı, maarifləndirmə tədbirləri də bu sahədə nəticə əldə etməyimizə kömək edəcək. Digər məsələ yeni və hələ geniş tanınmayan sosial media platformaları ilə bağlıdır”.
Bizim.Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında deyib.
"Bildiyiniz kimi, qanun layihəsində də nəzərdə tutulur ki, sosial media platformalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Yeni platformalar meydana çıxdıqca onların fəaliyyəti izlənilməli, istifadəçi kütləsi artdıqda və geniş yayılmağa başladıqda həmin platformaların da müvafiq siyahıya daxil edilməsi nəzərdən keçirilməlidir".
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:55 / 08.06.2026
Yeni tələblər hansı sosial media platformalarına ŞAMİL OLUNACAQ? – Nazir müavinindən AÇIQLAMA
Hazırda oxunan: Yeni tələblər hansı sosial media platformalarına ŞAMİL OLUNACAQ? – Nazir müavinindən AÇIQLAMA
Hazırda oxunan: Yeni tələblər hansı sosial media platformalarına ŞAMİL OLUNACAQ? – Nazir müavinindən AÇIQLAMA
617928
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































