Xocavənddə kütləvi məzarlıq aşkarlandı - FOTO 

Xocavənddə kütləvi məzarlıq aşkarlandı - FOTO 

Hazırda oxunan: Xocavənddə kütləvi məzarlıq aşkarlandı - FOTO 
61697
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanıb. 

Kütləvi məzarlıq Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun topladığı şahid ifadələri və materiallar əsasında müəyyən edilib. 

Bizim.Media xəbər verir ki, İşçi qrupunun üzvü Zaur İsmayılov araşdırmalar nəticəsində işğaldan azad edilən Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında da belə məzarlıqların mövcud olduğunu bildirib. 

"Onlardan biri də Xocavəndin Edilli kəndindədir. Şahidlərin ifadələrinə əsasında məzarlığın aşkarlanması mümkün olmuşdur. İlkin məlumatlara görə, orda 15-20 nəfərin qalıqlarının olma ehtimalı var. 

Dövlət Komissiyasında bəzi kütləvi məzarlıqların məlumatları var. GPRS koordinatlar müəyyən olunub. Orada dəfn olunan insanların sayı müəyyənləşib. Ardıcıl olaraq, ərazilər minalardan təmizləndikcə, məzarlıqlar da açılacaqdır", - deyə o əlavə edib. 

Zaur İsmayılov bildirib ki, Füzuli rayonunun Seyidəhmədli kəndində keçmiş “Kolxoz idarəsi” deyilən ərazidəki meydançada 10 nəfərdən çox azərbaycanlının basdırıldığı kütləvi məzarlıq barədə də məlumatlar da var. Həmin ərazi minalı olduğu üçün hələlik araşdırma aparmaq mümkün olmayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO