Qurban bayramı ilə əlaqədar ölkədə dana və quzu ətinin qiymətində artım qeydə alınıb.
Bizim.Media xəbər verir ki, “metbuat.az”ın məlumatına görə, ötən iki gündə Bakıda dana əti 17-18, quzu əti isə 22-23 manata satılıb.
Rayonlarda isə bu qiymət müvafiq olaraq 16-17, 20-21 manat arasında dəyişib.
Bakının Zabrat kəndində iribuynuzlu və xırdabuynuzlu heyvanların kəsimi ilə məşğul olan Elxan adlı şəxs saytımıza açıqlamasında qiymət artımının müvəqqəti xarakter daşıdığını bildirib.
Onun sözlərinə görə, Məhərrəm ayının başlaması ilə qiymətlər yenidən sabitləşəcək.
"İyunun 16-da Məhərrəm ayı başlayır. Təxminən iki ay Bakıda toy və nişan məclisləri keçirilməyəcək. Bu zaman qirmızı ətə olan tələbat kəskin aşağı düşəcək. İyunun 16-dan etibarən dana ətinin qiyməti 1, quzu ətinin qiyməti isə ən azı 2 manat ucuzlaşacaq", - deyə qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:52 / 30.05.2026
Azərbaycanda ƏT UCUZLAŞACAQ
Hazırda oxunan: Azərbaycanda ƏT UCUZLAŞACAQ
Hazırda oxunan: Azərbaycanda ƏT UCUZLAŞACAQ
616253
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































