İlanlar ilk baxışdan göründüyündən daha müxtəlif canlılar qrupudur. Təxminən 4 min ilan növü müxtəlif məməlilər, quşlar, yumurtalar, kərtənkələlər, balıqlar, ilbizlər, qurdlar və həşəratlarla qidalanır.
Bizim.Media xəbər verir ki, bu barədə "Discover Wildlife” yazıb.
Bir çox ilan növü, o cümlədən Avropa hamar ilanı, fürsət düşdükdə digər ilanları da yeyir. Bəzi növlər isə — məsələn, Şimali Amerikanın kral ilanları və Asiyanın kral kobrası — məhz ilanlarla qidalanmaq üzrə ixtisaslaşıb.
Məqalədə qeyd olunur ki, bu hal tam mənada kannibalizm sayılmır. Necə ki, aslanın başqa bir məməlini yeməsi kannibalizm hesab edilmir. Həqiqi kannibalizm eyni növə aid canlıların öldürülərək yeyilməsidir və bu, heyvanlar aləmində kifayət qədər nadir hadisədir.
Bununla belə, bəzi ilan növləri nadir hallarda da olsa, bu davranışı nümayiş etdirir. Bəzi ilanlar həqiqətən hannibaldır
İnternetdə qara başlı pitonların, mis ilanlarının və kiçikgöz ilanların öz növdaşlarını yediyini göstərən videolar mövcuddur.
Mütəxəssislər bildirirlər ki, erkək Kap kobralarının rəqiblərini, erkək kral kobralarının isə dişiləri yediyi hallar sənədləşdirilib. Fransanın cənubunda isə Monpelye ilanlarının erkəklərinin cütləşmə mövsümündən kənar vaxtlarda dişiləri yediyi müşahidə olunub.
Əsirlikdə saxlanılan bəzi ilanların öz quyruqlarını udmağa çalışdığı maraqlı hallar da məlumdur. Bu davranış qədim "uroboros” simvolunu xatırladır və ehtimal olunur ki, ilanlar quyruqlarını ov hesab edir.
Alimlər bunu hannibalizmin ekstremal forması kimi qiymətləndirirlər. Lakin belə halların təbiətdə baş verib-vermədiyi məlum deyil.(Qaynarinfo)
Bizim.Media































































































