Qan təzyiqini artıran oturuş FORMASI – Bilirdiniz?

Qan təzyiqini artıran oturuş FORMASI – Bilirdiniz?

Hazırda oxunan: Qan təzyiqini artıran oturuş FORMASI – Bilirdiniz?

615800

Ayağı ayaq üstünə aşırıb oturmaq vərdişi qan təzyiqini yüksəldə bilər.

Bizim.Media xəbər verir ki, bunu kardioloq Svetlana Dodonova “Gazeta.Ru”ya müsahibəsində bildirib. O qeyd edib ki, bu zaman göstəricilər 5–10 mm civə sütunu arta bilər.
 

"Birincisi, ayaqları çarpazlaşdırarkən dizaltı çökəklikdəki venalar (qan damarları) mexaniki olaraq sıxılır. Bu isə əlavə qan kütləsinin aşağı ətraflardan döş qəfəsinə doğru hərəkət etməsinə səbəb olur. Ürək bu artan qan həcmini daha böyük səylə vurmağa məcbur olur ki, bu da göstəricilərdə əks olunur. İkincisi, ayağı ayaq üstünə qoymaq bud əzələləri üçün gizli izometrik yükdür", – deyə Dodonova izah edib.


Kardioloq vurğulayıb ki, hipertoniya (yüksək təzyiq) diaqnozunun səhvən qoyulması lazımsız dərman qəbuluna və əks-təsirlərə səbəb ola bilər.

Onun sözlərinə görə, təzyiqin ölçülməsi zamanı hər iki ayaq dabanını döşəməyə düz qoymaq, arxalıqlı stulda oturmaq və ölçmə aparılan qolu masanın üzərinə yerləşdirmək lazımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO