BİRGƏ ƏMƏLİYYAT: İrandan Azərbaycana 38 kq narkotik keçirmək istədilər – FOTO

BİRGƏ ƏMƏLİYYAT: İrandan Azərbaycana 38 kq narkotik keçirmək istədilər – FOTO

Hazırda oxunan: BİRGƏ ƏMƏLİYYAT: İrandan Azərbaycana 38 kq narkotik keçirmək istədilər – FOTO

615256

Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi birgə narkotik əməliyyatı keçirib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, may ayının 23-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdiyi kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 38 kiloqram 130 qram narkotik vasitə və 2890 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO