İnformatika müəllimlərinə kibertəhlükəsizlik üzrə təlimçilik təlimi keçirildi - FOTO

İnformatika müəllimlərinə kibertəhlükəsizlik üzrə təlimçilik təlimi keçirildi - FOTO

Hazırda oxunan: İnformatika müəllimlərinə kibertəhlükəsizlik üzrə təlimçilik təlimi keçirildi - FOTO

614850

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı və “Code Academy”nin tərəfdaşlığı ilə Elm və Təhsil Nazirliyinin “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində layihəsi üzrə təlimlər təşkil olunub.

Bizim.Media xəbər verir ki, layihə çərçivəsində 19-20 may tarixlərində 30 nəfərlik pedaqoji heyət üçün “Training of Trainers (ToT)” formatında təlim proqramı keçirilib. Təlimlər Nəriman Əliyevin rəhbərliyi ilə keçirilib.

Təlimin ilk günü iştirakçılara informasiya təhlükəsizliyi üzrə nəzəri biliklər təqdim olunub, ikinci gün isə praktiki tapşırıqlar və tətbiqi məşğələlər həyata keçirilib.

Təlimin açılış mərasimində AKTA-nın icraçı direktoru Rauf Cabarov çıxış edərək, müəllimlərin informasiya təhlükəsizliyi sahəsində məktəblilərin maarifləndirmədə rolunun vacibliyini vurğulayıb.

O bildirib ki, kibermədəniyyətin məktəb səviyyəsindən formalaşdırılması gələcək nəsillərin rəqəmsal təhlükəsizlik bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Bağlanış mərasimində isə AKTA-nın baş katibi Fidan Əhmədova layihənin müəllimlərin peşəkar inkişafına və kibertəhlükəsizlik üzrə maarifləndirmənin genişlənməsinə töhfə verdiyini qeyd edib.

Daha sonra iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, təlimlər “İnformatika müəllimlərinin və şagirdlərin informasiya təhlükəsizliyi üzrə inkişaf proqramı” layihəsi çərçivəsində müəllimlərin informasiya təhlükəsizliyi sahəsində bilik və bacarıqlarının artırılması, eləcə də bu biliklərin məktəblərdə daha geniş auditoriyaya ötürülməsi məqsədilə təşkil olunub.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO