"Qarabağ dünyanın mina ilə ən çox çirkləndirilmiş ərazilərindən biridir"

"Qarabağ dünyanın mina ilə ən çox çirkləndirilmiş ərazilərindən biridir"

Hazırda oxunan: "Qarabağ dünyanın mina ilə ən çox çirkləndirilmiş ərazilərindən biridir"
614373
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Qarabağ və Şərqi Zəngəzur ekspertlər tərəfindən dünyanın minalarla ən çox çirkləndirilmiş ərazilərindən biri kimi qiymətləndirilib".

Bizim.Media xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Miqrasiya və Şəhərlər: təhlükəsiz, innovativ və davamlı idarəetmə çərçivəsi" mövzusunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan işğal dövründə Azərbaycan ərazilərindəki yaşayış məntəqələrini tamamilə dağıdıb:

"Ermənistan mina xəritələrini tam şəkildə təqdim etməkdən imtina edir. Bunun nəticəsidir ki, 2020-ci ildən indiyədək mina partlayışları nəticəsində yüzlərlə insan ya həlak olub, ya da ağır yaralanıb".

F.Hüseynov əlavə edib ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda ağıllı kənd, ağıllı şəhər, yaşıl enerji və müasir urbanizasiya konsepsiyaları əsasında yaşayış məntəqələri qurulur:

"Qısa müddət ərzində 12 rayonda 91 yaşayış məntəqəsinin, o cümlədən 11 şəhərin Baş planı təsdiqlənib Bu, Yaxın Şərq regionunda memarlıq və urbanizasiya təcrübəsində nadir və unikal hallardan biridir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO