Natiq Məmmədli: “COP29-un uğur hekayəsini yazan Azərbaycan mediası bu uğuru WUF13-də də təkrarlayır - VİDEO

Natiq Məmmədli: “COP29-un uğur hekayəsini yazan Azərbaycan mediası bu uğuru WUF13-də də təkrarlayır - VİDEO

Hazırda oxunan: Natiq Məmmədli: “COP29-un uğur hekayəsini yazan Azərbaycan mediası bu uğuru WUF13-də də təkrarlayır - VİDEO

614342

“Azərbaycan mediası beynəlxalq tədbirlərin işıqlandırılması sahəsində artıq çox zəngin təcrübə toplayıb və bu, bizi olduqca sevindirir”.

Bizim.Media “1news.az”a istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) dördüncü günü çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, xüsusilə sevindirici haldır ki, COP29-un uğur tarixini yazan yerli media qurumları bu gün həmin uğuru WUF13 platformasında da təkrarlayırlar.

“Məhz Azərbaycan mediası həm daxili, həm də beynəlxalq auditoriya üçün əsas xəbər mənbələrindən birinə çevrilib. Bu gün WUF13 çərçivəsində ən fəal məkanlardan biri media zonasıdır və burada jurnalistlər fasiləsiz rejimdə fəaliyyət göstərirlər”, - deyə Natiq Məmmədli vurğulayıb.

Agentliyin icraçı direktorunun müavini qeyd edib ki, hazırda Azərbaycanın media gündəminin əsas hissəsini məhz WUF13 tədbirləri və bu platformada səsləndirilən mühüm mesajlar təşkil edir ki, bu da prinsipial əhəmiyyət daşıyan məsələdir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO