Hikmət Hacıyev: “Müharibələr və münaqişələr artıq bizim üçün keçmişdə qalıb”

Hikmət Hacıyev: “Müharibələr və münaqişələr artıq bizim üçün keçmişdə qalıb”

Hazırda oxunan: Hikmət Hacıyev: “Müharibələr və münaqişələr artıq bizim üçün keçmişdə qalıb”

614107

“Müharibələr və münaqişələr artıq bizim üçün keçmişdə qalıb. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin edib. İşğal nəticəsində ümumilikdə Azərbaycanın doqquz şəhəri və 300-dən çox yaşayış məntəqəsi və kəndi demək olar ki, tamamilə məhv edilmişdi. Hazırda 1 milyon qaçqın və məcburi köçkünü doğma torpaqlarına qaytarmaq prosesindəyik”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qlobal Koalisiyaların Mərkəzində Mənzil" adlı tədbirdə deyib.

O bildirib ki, ərazilər işğaldan azad edildikdən sonra fərqli və təsəvvür olunmaz mənzərə ilə qarşılaşdıq:

"Dünən cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, məsələn, bir vaxtlar 100 min insanın yaşadığı Ağdam şəhəri elə bir səviyyədə dağıdılıb ki, ona “Qafqazın Xirosiması” deyilir. Xirosima nüvə silahı ilə məhv edilmişdi, Ağdam isə hər şeyin məqsədli şəkildə parça-parça dağıdılması nəticəsində viran qoyulub. Biz bu şəhərləri, böyük bir ərazini sıfırdan yenidən qururuq. Hətta deyərdim ki, mənfidən başlayırıq, çünki həmin ərazilər mina ilə çirkləndirilib".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO