Qusarda avtomobillərin texniki vəziyyəti yoxlanıldı - VİDEO

Qusarda avtomobillərin texniki vəziyyəti yoxlanıldı - VİDEO

Hazırda oxunan: Qusarda avtomobillərin texniki vəziyyəti yoxlanıldı - VİDEO

613863

Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində “Təmiz hava aylığı” ilə əlaqədar maarifləndirici və profilaktik tədbirlər keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirlər zamanı avtomobillərin texniki vəziyyətinə nəzarət olunub, atmosferə zərərli tullantıların yayılmasına səbəb olan nasazlıqlarla bağlı sürücülərə xəbərdarlıqlar edilib.
 

Yol polisi əməkdaşları sürücülərlə söhbətlər apararaq nəqliyyat vasitələrinin vaxtında texniki baxışdan keçirilməsinin, mühərrik və qaz sistemlərinin saz saxlanılmasının ətraf mühitin qorunması və insanların sağlamlığı üçün vacib olduğunu diqqətə çatdırıblar.


Keçirilən tədbirlərin əsas məqsədinin ekoloji təhlükəsizliyin təmin olunması, havanın çirklənməsinin qarşısının alınması, eləcə də sürücülər arasında məsuliyyətli davranış vərdişlərinin formalaşdırılması olduğu bildirilib.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO