Xəzərin Lənkəran sahillərində Orta əsrlərə aid yaşayış məskəni TAPILDI – FOTO

Xəzərin Lənkəran sahillərində Orta əsrlərə aid yaşayış məskəni TAPILDI – FOTO

Hazırda oxunan: Xəzərin Lənkəran sahillərində Orta əsrlərə aid yaşayış məskəni TAPILDI – FOTO
613857
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəzər dənizinin Lənkəran sahillərində Orta əsrlərə aid yaşayış məskəninin izlərinə rast gəlinib.

Bizim.Media xəbər verir ki, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Samir Kərimov, Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə, Almaniyanın Marburq Filipp Universitetinin professoru, sualtı arxeologiya üzrə tanınmış mütəxəssis Winfried Held və Münhen Universitetinin doktoru, klassik arxeologiya və incəsənət tarixi üzrə ekspert Latife Summerer Xəzər dənizinin Lənkəran şəhəri hissəsində arxeoloji kəşfiyyat işləri aparıblar.
 
Tədqiqatlar şəhərin dəmiryolu stansiyasının yaxınlığındakı sahilboyu ərazidə, təxminən 2 kilometr radiusda həyata keçirilib.

Kəşfiyyat zamanı sahildən XI-XIII əsrlərə aid çoxsaylı şirsiz və şirli saxsı qab fraqmentləri aşkarlanaraq toplanılıb.
 

Arxeoloqların ehtimallarına görə, vaxtilə bu ərazidə Orta əsrlərə aid yaşayış məskəni olub. Xəzər dənizinin səviyyəsinin qalxması nəticəsində həmin yaşayış yerinin bir hissəsinin su altında qaldığı bildirilir.


 Mütəxəssislər sahilboyu ərazini ətraflı şəkildə nəzərdən keçirib, gələcəkdə burada müasir metodlardan istifadə olunmaqla daha geniş arxeoloji və sualtı tədqiqatların aparılması imkanlarını müzakirə ediblər.

Xəzərin Lənkəran sahillərində Orta əsrlərə aid yaşayış məskəni TAPILDI – FOTO - foto 1
Xəzərin Lənkəran sahillərində Orta əsrlərə aid yaşayış məskəni TAPILDI – FOTO - foto 2
Xəzərin Lənkəran sahillərində Orta əsrlərə aid yaşayış məskəni TAPILDI – FOTO - foto 3
Xəzərin Lənkəran sahillərində Orta əsrlərə aid yaşayış məskəni TAPILDI – FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO