Ağac yola aşdı, hərəkət məhdudlaşdı - VİDEO

Ağac yola aşdı, hərəkət məhdudlaşdı - VİDEO

Hazırda oxunan: Ağac yola aşdı, hərəkət məhdudlaşdı - VİDEO
613050
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gecə saatlarında Hacıqabul–Horadiz avtomobil yolunun 92-ci kilometrliyində müşahidə olunan kəskin yağışlı və küləkli hava şəraiti nəticəsində ağac yolun hərəkət hissəsinə aşaraq nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükəli vəziyyət yaradıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Bizim.Media-ya verilən məlumata görə, həmin vaxt ərazidə xidmət aparan Yol Patrul Xidməti əməkdaşları tərəfindən hadisə dərhal nəzarətə götürülüb.

Yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədilə ərazidə operativ tədbirlər görülüb, sürücülərə xəbərdarlıq olunub, nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təşkil edilib.

"Əməkdaşların çevik müdaxiləsi nəticəsində yol sahəsində mümkün qəza risklərinin qarşısı alınıb, hərəkətin təhlükəsiz təşkili təmin olunub. Daha sonra əraziyə ağır texnikalar cəlb edilərək yolun hərəkət hissəsinə aşmış ağaclar kənarlaşdırılıb, yol tam şəkildə təmizlənib və nəqliyyatın normal hərəkəti bərpa olunub.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, qeyri-sabit və yağıntılı hava şəraitində daha diqqətli olmaq, sürət həddini yol və hava şəraitinə uyğun seçmək, ara məsafəsini qorumaq və yol hərəkəti qaydalarına ciddi əməl etmək həyati əhəmiyyət daşıyır", - məlumatda bildirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO