WUF13 akkreditasiya kartlarının veriləcəyi TARİX AÇIQLANDI - FOTO

WUF13 akkreditasiya kartlarının veriləcəyi TARİX AÇIQLANDI - FOTO

Hazırda oxunan: WUF13 akkreditasiya kartlarının veriləcəyi TARİX AÇIQLANDI - FOTO
612905
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasında (WUF13) iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərə 14 may tarixindən etibarən Akkreditasiya və Qeydiyyat Mərkəzində akkreditasiya kartlarının verilməsinə başlanılacaq.

Bizim.Media xəbər verir ki, tədbirin keçirildiyi məkan - Bakı Olimpiya Stadionunda yerləşən mərkəz WUF13 iştirakçılarının qeydiyyatı, akkreditasiyası və məlumatlandırılması prosesinin vahid və operativ şəkildə həyata keçirilməsini təmin edəcək.

Mərkəz 14-16 may tarixlərində saat 09:00-18:00, 17-21 may tarixlərində saat 07:00-18:00, 22 may tarixində isə saat 07:00-15:00 aralığında fəaliyyət göstərəcək.
 

WUF13 iştirakçıları, rəsmi nümayəndələr və qonaqlar 14-22 may 2026-cı il tarixləri ərzində Akkreditasiya və Qeydiyyat Mərkəzinə yaxınlaşaraq qeydiyyatdan keçib akkreditasiya kartlarını əldə edə biləcəklər.


Onlayn qeydiyyatdan keçmiş şəxslər WUF13 akkreditasiya kartlarını əldə etmək üçün elektron poçtlarına göndərilən unikal qeydiyyat nömrəsi ilə yanaşı, qeydiyyat zamanı istifadə etdikləri etibarlı şəxsiyyətini təsdiq edən sənədi də özləri ilə gətirməlidirlər. Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyəti təsdiq edən sənəd, xarici ölkə vətəndaşları isə etibarlı pasport təqdim etməlidirlər.

Bununla yanaşı, tədbir günlərində yerində qeydiyyat imkanı da yaradılacaq.

Qeydiyyat prosesinin daha rahat və sürətli təşkili məqsədilə iştirakçılara əvvəlcədən onlayn qeydiyyatdan keçmələri tövsiyə olunur. Onlayn qeydiyyat BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təqdim edilən Qlobal Tədbir İdarəetmə Sistemi (GEMS) - //events.unhabitat.org - vasitəsilə həyata keçirilir və onlayn qeydiyyat üçün son tarix 15 may saat 18:00-dır.

WUF13 akkreditasiya kartlarının veriləcəyi TARİX AÇIQLANDI - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO