Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda düşənlərə yol verin! - Sədr

Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda düşənlərə yol verin! - Sədr

Hazırda oxunan: Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda düşənlərə yol verin! - Sədr
612786
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov sərnişinləri platformalarda daha nizamlı davranmağa çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin sədri “trend.az” Beynəlxalq İnformasiya Agentliyinə və “Azad Azərbaycan” Televiziyasına (ATV) müsahibəsində danışıb.

“Bir xahişim var: sərnişinlərimiz platformada bərabər paylanmaya diqqət etsinlər. Bu, digər sərnişinlərə narahatlıq yaradır. Mən özüm tez-tez metroya minirəm - həm ən sürətli nəqliyyat vasitəsi olduğu üçün, həm də sərnişin vərdişlərini bilavasitə müşahidə etmək üçün. “28 May” stansiyasında, xüsusən tağa yaxın hissədə sıxlıq ola-ola birinci vaqon boş qalır.
 

Əməkdaşlarımız mütəmadi olaraq məlumat verirlər; xahiş edirəm həmin göstərişlərə əməl etsinlər.


Bir xahişim də var: qapı açılanda, əvvəlcə düşənlərə yol verin, sonra minin. Eyni vaxtda hər iki istiqamətdə hərəkət etmək nəinki çətinlik yaradır, hər saniyə uzanmış dayanma müddəti bütün hərəkət qrafikinə təsir edir. Sərnişinlərimizin bu kiçik dəyişiklikləri etməsi bizim xidmət keyfiyyətimizi birbaşa təsir edən məsələdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO