Xankəndi bu gün yeni ideyaların bir araya gəldiyi məskəndir - FOTO

Xankəndi bu gün yeni ideyaların bir araya gəldiyi məskəndir - FOTO

Hazırda oxunan: Xankəndi bu gün yeni ideyaların bir araya gəldiyi məskəndir - FOTO

612353

WUF13 Festivalı çərçivəsində Xankəndi şəhərindəki Qarabağ Universitetində “İnklüziv şəhərsalma: Qadınlar, icmalar və dayanıqlı gələcək” mövzusunda panel müzakirəsi keçirilib.

Bizim.Media xəbər ki, tədbirdə müxtəlif sahələri təmsil edən ekspertlər, ictimai fəallar və iştirakçılar bir araya gələrək şəhərlərin gələcəyində inklüziv yanaşmanın, qadın iştirakçılığının və dayanıqlı inkişaf prinsiplərinin rolunu müzakirə ediblər.
 

Qeyd olunub ki, WUF13 Festivalı çərçivəsində həyata keçirilən bu cür təşəbbüslər urbanizasiya, dayanıqlılıq və sosial inkişaf mövzularında ictimai maarifləndirmənin artırılmasına, müxtəlif maraqlı tərəflər arasında dialoqun gücləndirilməsinə və yeni əməkdaşlıqların təşviqinə töhfə verir.


Tədbirdə WUF13 Azərbaycan Əməliyyat Şirkərtinin Kommunikasiya meneceri Emin Hüseynzadə, “Resource HUB”-ın direktoru Gülnarə İsmayılova, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun dosenti Gülçöhrə Hüseynova və Turin Politexnik Universitetin magistrı və gənc memar Lalə Nasibova iştirak edərək, tələbələrlə şəhərsalma proseslərində icmaların iştirakının əhəmiyyəti, qadınların qərarvermə mexanizmlərində rolu, daha əlçatan və dayanıqlı şəhər mühitin formalaşdırılması istiqamətində beynəlxalq təcrübələr və yerli yanaşmalar ətrafında fikir mübadiləsi aparıblar.

Müzakirələr çərçivəsində qeyd olunub ki, Xankəndi bu gün yalnız yenidən qurulan şəhər deyil, eyni zamanda, yeni ideyaların, enerjinin və müxtəlif sahələrdən olan intellektual insanların bir araya gəldiyi yeni bir məskəndir.

Bildirilib ki, belə bir mərhələdə inklüziv şəhərsalma, icma münasibətləri və şəhərlərin gələcəyinin necə formalaşdırılması ilə bağlı dialoqlar şəhərin inkişafı baxımından xüsusi aktuallıq daşıyır.

Panel iştirakçıları vurğulayıblar ki, Xankəndinin gələcək şəhər kimliyinin formalaşmasında açıq dialoq, müxtəlif baxışların iştirakı və insan mərkəzli yanaşmalar mühüm rol oynayacaq.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO