Gündəmi zəbt edən 14 yaşlı qız sığınacağa niyə YERLƏŞDİRİLMİR?

Gündəmi zəbt edən 14 yaşlı qız sığınacağa niyə YERLƏŞDİRİLMİR?

Hazırda oxunan: Gündəmi zəbt edən 14 yaşlı qız sığınacağa niyə YERLƏŞDİRİLMİR?

611121

Bu günlərdə 19 yaşlı gənclə dəm qazından zəhərlənən 14 yaşlı Təranə Bəkirovanın adı ətrafında müzakirələr davam edir. 

Qeyd edək ki, Təranə Bəkirova 19 yaşlı gənclə birlikdə dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilmişdi.
 

MÖVZU İLƏ BAĞLI: 

Bakıda FACİƏ: 14 yaşlı qızla 19 yaşlı oğlan hamamda zəhərləndi


Amma qız orada tibbi xidmət almaqdan imtina etmişdi. Hadisədən sonra qızın aqibəti ilə bağlı heç bir məlumat yoxdur. 

Hətta anası mediaya açıqlamasında qızın ötən ildən evi tərk etdiyini, harada olmasından xəbərsiz olduğunu və dəfələrlə evdən qaçdığını dilə gətirərək, bir növ azyaşlını dövlətə həvalə etmişdi.  

Hazırda Təranə Bəkirovanın taleyi ilə bağlı qeyri-müəyyənlik davam edir. O, hələ də hər hansı sığınacağa və ya sosial müdafiə müəssisəsinə yerləşdirilməyib. Bu isə ictimaiyyətdə narahatlığı daha da artırır. Halbuki yeniyetmənin təhlükəsizliyi, psixoloji vəziyyəti və gələcək taleyi ilə bağlı suallar açıq qalır. 

Maraqlıdır, cinayət işində və dələduzluqda adı hallanan 14 yaşlı qızın məsuliyyəti hansı çərçivədə qiymətləndiriləcək və belə bir vəziyyətdə dövlət qurumları onun müdafiəsi və reabilitasiyası üçün niyə addımlar atmır?

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bizim.Media-nın sorğusuna “məsələ ilə bağlı araşdırma aparılır “cavabı ilə kifayətlənib.  

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə isə Təranə Bəkirovanın sığınacağa yerləşdirilməsi ilə bağlı onlara heç bir rəsmi məlumat daxil olmadığını bildirib. 

Məsələ ilə bağlı paralel olaraq DİN-ə də sorğu göndərilib. 

Qeyd edək ki, yeniyetmə bir müddət əvvəl video-bloger Nail Kəmərli ilə müsahibəsindən sonra gündəmə düşmüşdü.

Hazırda azyaşlının ailəsiz və nəzarətsiz vəziyyətdə küçədə qalması cəmiyyətdə ciddi narahatlıq doğurur.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO