Tovuzda FACİƏ - Ərinin məzarını ziyarət edən qadının ürəyi dayandı

Tovuzda FACİƏ - Ərinin məzarını ziyarət edən qadının ürəyi dayandı

Hazırda oxunan: Tovuzda FACİƏ - Ərinin məzarını ziyarət edən qadının ürəyi dayandı
610735
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tovuz rayonunda qəbiristanlıq ərazisində qadın meyiti aşkarlanıb.

Bizim.Media “Unikal”-a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

Kənd qəbiristanlığında Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü N. Qasımovanın meyiti tapılıb.
 

Məlumata görə, qadın həyat yoldaşının ildönümü münasibətilə məzarını ziyarət etməyə gəlib. Bu zaman onun halı qəfil pisləşib və hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb.


Həkimlərin müayinəsi zamanı qadının həyatını itirdiyi müəyyən edilib. İlkin ehtimala görə, o, ürək tutmasından vəfat edib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO