Xəstənin öldürmək istədiyi həkim 18 ildir Onkologiyada işləyir - FOTO

Xəstənin öldürmək istədiyi həkim 18 ildir Onkologiyada işləyir - FOTO

Hazırda oxunan: Xəstənin öldürmək istədiyi həkim 18 ildir Onkologiyada işləyir - FOTO

610438

Xəbər verdiyimiz kimi, Milli Onkologiya Mərkəzində baş vermiş partlayış nəticəsində həkim-radioloq Asif Nəsirli ağır xəsarət alıb.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, hadisə ilə bağlı aparılan araşdırmalar zamanı dəhşətli faktlar üzə çıxıb.

Belə ki, hadisə zamanı həyatını itirən xəstə 1988-ci il təvəllüdlü Mübariz Əliyevin həmin həkimi qəsdən öldürmək istəməsinə dair əsaslı şübhələr müəyyən edilib.
 

Ağır xəsarət alan həkim Asif Nəsirli 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb.


O, 2005-2006-cı illərdə Milli Onkologiya Mərkəzində internatura, 2006-2008-ci illərdə isə kliniki ordinatura pilləsini keçib.

A.Nəsirli 2008-ci ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsində və Uşaq klinikasında radiasiya onkoloqu vəzifəsində çalışır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO