Naxçıvanda daş duz emalı yenidən BƏRPA OLUNDU

Naxçıvanda daş duz emalı yenidən BƏRPA OLUNDU

Hazırda oxunan: Naxçıvanda daş duz emalı yenidən BƏRPA OLUNDU

610335

Naxçıvanda daş duzun çıxarılması, emalı və qablaşdırılması istiqamətində fəaliyyət bərpa olunub.

Bizim.Media xəbər verir ki, bu barədə “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyəti məlumat yayıb.

Duzdağ massivində yerləşən 5 nömrəli duz mədənində texniki təhlükəsizliyin təmin edilməsi üçün zəruri bərpa və gücləndirmə işləri həyata keçirilib.

Beləliklə, müəssisədə daş duzun çıxarılması, emalı və qablaşdırılması istiqamətində fəaliyyət bərpa olunub.

Qeyd edək ki, ötən ilin oktyabrında duz dağ massivində yerləşən 5 №-li duz mədənində texniki təhlükəsizliyin gücləndirilməsi məqsədilə işlər aparıldığından duz çıxarılması müvəqqəti dayandırılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO