Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət etdilər – FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət etdilər – FOTO

Hazırda oxunan: Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət etdilər – FOTO
609802
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Şəki şəhərinə səfər çərçivəsində Xan məscidini ziyarət ediblər.

Bizim.Media xəbər verir ki, ziyarət zamanı məscidin imamı Vüqar Məmmədov Leyla Əliyevaya və Arzu Əliyevaya Xan məscidi kompleksi barədə ətraflı məlumat verib.
 

Bildirilib ki, XVIII əsrə aid olan Şəki Xan məscidi şəhərin mühüm dini-mədəni və tarixi-memarlıq abidələrindən biridir. Tarixi mənbələrə və abidə üzərindəki kitabələrə əsasən, məscid Hacı Məhəmmədhüseyn Xan tərəfindən inşa etdirilib.


Qeyd olunub ki, tarixi Şəki Xan məscidində bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib.

Eləcə də məscid kompleksinin ərazisində muzey yaradılıb. Muzeydə Şəki xanlığı dövrünə aid eksponatlar, müxtəlif mənbələrdən toplanmış maddi-mədəniyyət nümunələri nümayiş olunur.

Muzey Şəki xanlığının yaranması və formalaşması tarixini, eləcə də onun milli dövlətçilik tariximizdə xüsusi yerini əyani şəkildə nümayiş etdirir.

Sonda Leyla Əliyevaya və Arzu Əliyevaya "Qurani-Kərim” hədiyyə olunub.

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət etdilər – FOTO - foto 1
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət etdilər – FOTO - foto 2
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət etdilər – FOTO - foto 3
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət etdilər – FOTO - foto 4
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət etdilər – FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO