Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Elm Festivalı keçiriləcək.
BDU-dan Moderator.az-a verilən məlumata görə, festivalın 2023-cü ilin 26 aprel-10 may tarixlərində keçirilməsi nəzərdə tutulur.
Festival çərçivəsində Ulu Öndərə həsr olunmuş konfranslar, ustad dərsləri, təqdimatlar, sərgilər keçiriləcək.


































































































