Nə un, nə çörək — Kotletin parçalanmaması üçün içinə bir qaşıq əlavə edin

Nə un, nə çörək — Kotletin parçalanmaması üçün içinə bir qaşıq əlavə edin

Hazırda oxunan: Nə un, nə çörək — Kotletin parçalanmaması üçün içinə bir qaşıq əlavə edin

609680

Mətbəxdə hər qadının başına gələ biləcək ən xoşagəlməz hallardan biri kotletin tavada bişərkən parçalanmasıdır. Çoxları bunun qarşısını almaq üçün un və ya çörək içini artırsa da, əslində həll yolu soyuducudakı sadə məhsulda gizlənib.

Bizim.Media xəbər verir ki, qiyməyə əlavə edilən bir xörək qaşığı qatıq kotletin bişmə zamanı bütöv qalmasını təmin edən əsas vasitədir.
 

Qatıqdakı maddələr ətin protein liflərini bir-birinə bərkidərək kotletin dağılmasına imkan vermir. Bu üsul həm də ətin daxilindəki şirəni qoruyub saxlayır ki, nəticədə kotletlər həm yumşaq, həm də olduqca dadlı alınır.


İdeal nəticə üçün ilk növbədə orta yağlı ət seçiminə diqqət yetirilməlidir. Soğanı rəndədən keçirdikdən sonra onun suyunu mütləq sıxıb çıxarmaq lazımdır.

Çünki soğan suyu ətə acılıq verməklə yanaşı, qiymənin qatılığını itirərək onun parçalanmasına şərait yaradır.

Dadın tam oturması üçün qiyməni əzilmiş sarımsaq, duz, istiot, zirə və sarımsaq tozu ilə birlikdə uzun müddət yoğurmaq vacibdir. Mətnin əsas strukturunu isə yumurta və suxarı təşkil edir. Yumurta bişmə prosesində yapışdırıcı rolunu oynayır, suxarı isə ətin artıq nəmini özünə çəkir. Ələ yapışmayan, eyni zamanda yumşaq bir kütlə alınana qədər yoğurma prosesi davam etdirilməlidir.

Hazırlanmış qarışığa son mərhələdə qatıq əlavə edib yenidən yoğurduqdan sonra bir müddət dincəlməyə qoymaq məsləhətdir.

Bu üsulla hazırlanan kotletləri dondurucuda saxlasanız belə, çıxarıb bişirərkən öz ilkin formasını və təravətini tam qoruyacaq.

Yəni, kotletin tavada və ya manqalda dağılmasından qorxursunuzsa, qiyməyə bir qaşıq qatıq qatmaqla həm formanı qoruya, həm də ətin daha şirəli olmasını təmin edə bilərsiniz. (Demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO