Göyçayda market yandı – VİDEO

Göyçayda market yandı – VİDEO

Hazırda oxunan: Göyçayda market yandı – VİDEO
609240
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Göyçayda market yanıb.

Bu barədə Bizim.Media-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göyçay şəhərində yerləşən marketdə yanğın baş verməsi barədə məlumat daxil olub.
 

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində marketin divarının xarici üzündə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində marketin divarının xarici üzündə 1 ədəd vitrin soyuducusunun, 2 ədəd kondisonerin mühərrik hissəsi və yaxınlıqda istifadəyə yararsız ərzaq malları 15 kv.m sahədə yanıb.

Market və bina yanğından mühafizə olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO