Müavinət və təqaüd alanlarla bağlı MÜHÜM MƏLUMAT

Müavinət və təqaüd alanlarla bağlı MÜHÜM MƏLUMAT

Hazırda oxunan: Müavinət və təqaüd alanlarla bağlı MÜHÜM MƏLUMAT

609237

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-mart aylarında dövlət büdcəsi hesabına 965 min şəxsə 561 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
 

Onlardan 495 min nəfərə müavinət olaraq 318 milyon manat, 408 min nəfərə Prezident təqaüdü olaraq 204 milyon manat, 62 min nəfərə sosial sığorta hesabına müavinət olaraq 39 milyon manat ödəniş həyata keçirilib.


Ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən müavinətlər üzrə 16 faiz, təqaüdlər üzrə 17 faiz, sosial sığorta hesabına müavinətlər üzrə 2 faiz çox olub.

Yanvar-mart aylarında daha 38 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 917 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO