Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha çox artırır.
Bizim.Media xəbər verir ki, ətirli şam və ya tüstü yandırarkən mühitə aşağıdakı zəhərli qazlar yayılır:
-Kükürd dioksid
-Karbon monoksid (dəm qazı)
-Azot oksid
Bu qazların təsiri siqaretdən gələn tüstüdən 4 dəfə daha güclü və təhlükəli ola bilər.
Sağlamlıq üçün risklər
Qısa müddətli təsirlər: ağciyərlərdə, gözlərdə, burun və boğazda qıcıqlanma, öskürək, asqırma və tənəffüs çətinliyi…
Uzun müddətli təsirlər: xroniki bronxit, ürək-damar xəstəlikləri və ağciyər xərçəngi riskinin artması…
Şamların yaydığı partikullar astma krizlərini tətikləyə bilər.
Təbii şamlar tam təhlükəsizdirmi?
Bəzi insanlar riskləri azaltmaq üçün təbii arı mumundan hazırlanan şamlara üstünlük verirlər.
Lakin araşdırmalar göstərir ki, bunlar da tam təhlükəsiz deyil. Belə şamların tərkibindəki bəzi komponentlər otaq havasındakı ozonla reaksiyaya girərək zəhərli yan məhsullar yarada bilir. (milli.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
02:35 / 25.04.2026
Siqaretdən 10 qat daha zərərli: HƏR EVDƏ VAR
Hazırda oxunan: Siqaretdən 10 qat daha zərərli: HƏR EVDƏ VAR
Hazırda oxunan: Siqaretdən 10 qat daha zərərli: HƏR EVDƏ VAR
609197
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.









































































































