“İnfrastrukturun yenilənməsi və tibb müəssisələrinin müasir tibbi avadanlıqlarla təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir”.
Bizim.Media “report.az”a istinadla xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Elnur Hidayətoğlu jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində hər il milyonlarla vətəndaşa ambulator, stasionar və cərrahi tibbi xidmətlər göstərilir:
"Digər tərəfdən, həyata keçirilən islahatların dayanıqlı olması üçün əhəmiyyət daşıyır. Bu baxımdan, davamlı islahatlar çərçivəsində tibb mərkəzlərinə, xüsusilə rəhbər heyətə təcrübəli, peşəkar və yüksək nüfuza malik kadrların cəlb olunması istiqamətində məqsədyönlü işlər aparılır. Bütün bu proseslər prioritet istiqamətlər üzrə sistemli şəkildə davam etdirilir".
E. Hidayətoğlu bildirib ki, bu səbəbdən də rəqəmsallaşmanın genişləndirilməsi və vahid elektron sistemin formalaşdırılması, təcili və təxirəsalınmaz tibbi yardım sisteminin təkmilləşdirilməsi, ilkin səhiyyə xidmətinin gücləndirilməsi, eləcə də tibb işçilərinin əmək şəraitinin yaxşılaşdırılması, həkimlərin hüquqlarının qorunması və peşənin nüfuzunun artırılması prioritet istiqamətlər kimi müəyyənləşdirilib.
Bizim.Media































































































