Gəncədə Çin avtomobilləri YIĞILACAQ

Gəncədə Çin avtomobilləri YIĞILACAQ

Hazırda oxunan: Gəncədə Çin avtomobilləri YIĞILACAQ
608842
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi ilə Çinin iki şirkəti arasında əməkdaşlıq sənədləri imzalanıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, “CLW Chengli Group” və “Shaanxi Automobile Group Commercial Vehicle Co Ltd” (SAGMOTO) ilə əldə olunan razılaşmalara əsasən, Azərbaycanda ticari və yük avtomobillərinin yığımına başlanacaq.
 

Sazişlərə görə, Gəncə Avtomobil Zavodu hər iki şirkətin Azərbaycanda elektrik və dizel şassilərinin satışı, satışsonrası xidməti, ehtiyat hissələri, sürtkü yağları, aksesuarlar və təmir xidmətləri üzrə eksklüziv distributor hüququ əldə edib.


Məlumata görə, istehsal olunacaq nəqliyyat vasitələri ilkin mərhələdə daxili bazar üçün nəzərdə tutulsa da, gələcəkdə ixracı da planlaşdırılır.

Sənədləri Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədri Xanlar Fətiyev, “CLW Chengli Group”un baş meneceri Don Şunquo və “SAGMOTO”nun baş direktorunun müavini He Vencun imzalayıblar.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO