Azərbaycanda dron kuryerlər fəaliyyət göstərəcək? – Yeni xidmət növü QAPIDA

Azərbaycanda dron kuryerlər fəaliyyət göstərəcək? – Yeni xidmət növü QAPIDA

Hazırda oxunan: Azərbaycanda dron kuryerlər fəaliyyət göstərəcək? – Yeni xidmət növü QAPIDA

608714

Son dövrlərdə bir sıra ölkələrdə dron vasitəsilə çatdırılma xidmətlərinin təşkili artmaqdadır. Rusiyada dörd ildən sonra yemək sifarişlərini dronlar daşıyacaq. Rusiyanın nəqliyyat naziri Andrey Nikitin bildirib ki, pizza və digər kiçik yüklərin dronlarla çatdırılması 2030-cu ilə qədər Rusiyada geniş yayılmış bir reallığa çevriləcək. Dronların təyin olunmuş ərazilərə (damlarda və ya xüsusi dayanacaqlarda) enməsi planlaşdırılır.

Hazırda dron xidməti qlobal şirkətlərdə kommersiya məqsədli premium xidmət kimi inkişaf etdilir.

Amazon Prime Air: Müştərilərə bağlamaları 30 dəqiqə ərzində çatdırmağı hədəfləyən layihədir.

Zipline: Xüsusilə tibbi ləvazimatların və qan nümunələrinin uzaq məsafələrə çatdırılması üzrə ixtisaslaşıb.

Meituan: Çində 15 dəqiqə ərzində 3 km radiusda yemək çatdırılmasını həyata keçirir.

Bəs Azərbaycanda yaxın gələcəkdə belə bir xidmət həyata keçirilə bilərmi?

Mövzu ilə əlaqədar nəqliyyat üzrə ekspert Elməddin Muradlı Bizim.Media-ya bildirib ki, hələlik bu sahədə ölkədə ciddi hərəkətlilik müşahidə olunmur, yəni konkret təşəbbüslər irəli sürülməyib.
 

“Əslində ideya maraqlıdır və dünyada trendə çevrilirsə, böyük ehtimalla Azərbaycanda da müəyyən mərhələdə tətbiq olunacaq. Sadəcə hazırkı vəziyyətdə ölkədə dronlardan istifadə o qədər də sərbəst deyil. Bildiyiniz kimi, bunun üçün xüsusi icazə tələb olunur.


Bu sahədə nəzarət mexanizmləri təkmilləşdirilməlidir ki, hər kəs istədiyi şəkildə dron istifadə edib şəhər üzərində uçuşlar həyata keçirməsin. Çünki qorunan obyektlər mövcuddur və həmin ərazilərdə dron uçuşları qadağandır. Bu kimi təhlükəsizlik məsələləri ciddi şəkildə nəzərə alınmalıdır. Ümumilikdə isə sistemin inkişaf etdirilməsi və daha təkmil formada tətbiqi məqsədəuyğun hesab oluna bilər”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO