Bu il pensiyalara nə qədər vəsait ayrılıb?

Bu il pensiyalara nə qədər vəsait ayrılıb?

Hazırda oxunan: Bu il pensiyalara nə qədər vəsait ayrılıb?

608600

Bu ilin yanvar-mart aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 11 faiz (187 mln. manat) çox olmaqla 1 mlrd. 955 mln. manat vəsait yönəldilib.

Bu baradə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
 

Bildirilib ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb və artımdan sonra orta aylıq pensiya 594 manata, o cümlədən yaşa görə orta aylıq pensiya 632 manata çatıb.


Həmçinin yanvar-mart ayları ərzində 11 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 190 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO