“Birbank”da müraciətlərin 70 faizini süni intellekt CAVABLANDIRIR

“Birbank”da müraciətlərin 70 faizini süni intellekt CAVABLANDIRIR

Hazırda oxunan: “Birbank”da müraciətlərin 70 faizini süni intellekt CAVABLANDIRIR

608599

2025-ci ilədək Birbank çatına ünvanlanan müştəri sorğularının emalı 40%-dən 70%-ə yüksəlib. Bu artım müştərilərin məmnuniyyət nəticələrinin də 75%-ə yüksəlməsinə səbəb olub.

Bizim.Media xəbər verir ki, bunu "Kapital Bank"ın İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Fərid Hüseynov bu gün bankın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, "Birbank" tətbiqində çata ünvanlanan müraciətlərin 70%-i süni intellekt vasitəsi ilə cavablandırılır:

“Yeni nəsil "AI-agent" əsaslı çat həllərimiz vasitəsilə müştərilər artıq bir çox əməliyyatları müstəqil şəkildə icra edə bilirlər - kartların blokdan çıxarılması, əməkhaqqı avansı, nağd kredit və ya kredit kartı üçün müraciət kimi xidmətlər artıq operator müdaxiləsi olmadan həyata keçirilir. Rəqəmsallaşma trendini daxili əməliyyatlarımızda da tətbiq edirik. Nümunə olaraq desəm robotik avtomatlaşdırma (RPA) texnologiyası vasitəsilə 2025-ci ildə 8 departamentimiz üzrə 46 biznes prosesini avtomatlaşdırmışıq və bu, bizə 93 min saatlıq manual iş yükünə qənaət etmək imkanı yaradıb".

Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO