Metroda nasazlıq zamanı nə qədər qatar tuneldə QALIB? – Rəsmi AÇIQLAMA

Metroda nasazlıq zamanı nə qədər qatar tuneldə QALIB? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Metroda nasazlıq zamanı nə qədər qatar tuneldə QALIB? – Rəsmi AÇIQLAMA

608460

“Hadisə baş verən zaman “Bakı Metropoliteni”nin xətlərində 30 qatar olub”.

Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni”QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

“O qatarlardan cəmi 4-ü tuneldə olub. Sərnişinlərin təxliyəsi “Bakı Metropoliteni”nin normativlərinə uyğun olaraq ən qısa müddətdə uğurla həyata keçirilib. Sərnişin şikayəti, özünü pis hiss etməsiylə bağlı müraciət daxil olmayıb. “Bakı Metropoliteni” bununla bağlı preventiv tədbirləri görüb.

Hadisənin araşdırması yaxın günlərdə tamamilə yekunlaşacaq, ictimaiyyətə məlumat veriləcək. “Bakı Metropoliteni”ndə gərginliyin bərpa olunması saat 13:14 - də təmin olunub. 15:00-a qədər xətlərin yoxlanması tədbirləri həyata keçirilib. “Bakı Metropoliteni” normal qrafik üzrə hərəkətini davam etdirir. Bütün stansiyalar üzrə sərnişinlərə xidmət göstərilir”.

O bildirib ki, qısa qapanma nəticəsində heç bir yanğın olmayıb.

Nəzrin Mirzəyeva, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO