Metrodakı problemin səbəbi AÇIQLANDI

Metrodakı problemin səbəbi AÇIQLANDI

Hazırda oxunan: Metrodakı problemin səbəbi AÇIQLANDI
608457
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Bu gün Bakı Metropolitenində baş verən texniki nasazlıq nəticəsində insan itkisi olmayıb".

Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında qeyd edib.

"Bu gün saat 12:10 radələrində Ulduz-Nərimanov mənzilində aralıq kabelində baş vermiş qısa qapanma nəticəsində təmas relsinə gərginliyin verilməsində kəsinti yaranıb. Yüksək gərginliklə elektrik enerjisinin verilməsi kəsilib. Bu səbəbdən həmin mənzildə qatarların hərəkət etməsi mümkün olmayıb. Texniki insident nəticəsində hər hansı bir insan itkisi olmayıb.

Sərnişinlərimizin sağlamlığı, təhlükəsizliyi Bakı metropoliteni üçün prioritet olduğu üçün dərhal müvafiq tədbirlər görülüb. İlk növbədə, bütün stansiyalarda sərnişin axınının tənzimlənməsiylə bağlı təlimatlar verilib, dərhal texniki araşdırma üzrə araşdırma aparılıb".

Qeyd edək ki, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Bu səbəbdən "Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib

Hərəkət 15:00-da bərpa edilib.

Nəzrin Mirzəyeva, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO