Bu gün növbəti köç karvanı ilə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
Bizim.Media xəbər verir ki, qəsəbəyə köçən 17 ailə (74 nəfər) qarşılandıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə məlumat verilib.
Ailələrə naməlum əşyalardan uzaq durmaları tövsiyə olunub. Açarların təqdim olunması mərasimində aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Yeni evlərinə köçən sakinlər yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə ediblər.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

- A-
- A
- A+
Cəmiyyət
16:03 / 21.04.2026
Qırmızı Bazara KÖÇ: 17 ailəyə evlərin açarları təqdim olundu – FOTO
Hazırda oxunan: Qırmızı Bazara KÖÇ: 17 ailəyə evlərin açarları təqdim olundu – FOTO
Hazırda oxunan: Qırmızı Bazara KÖÇ: 17 ailəyə evlərin açarları təqdim olundu – FOTO
608452
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































