ADY Xırdalan şagirdlərinə təhlükəsiz hərəkət mövzusunda təlim keçdi – FOTO

ADY Xırdalan şagirdlərinə təhlükəsiz hərəkət mövzusunda təlim keçdi – FOTO

Hazırda oxunan: ADY Xırdalan şagirdlərinə təhlükəsiz hərəkət mövzusunda təlim keçdi – FOTO
608244
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan Dəmir Yolları” QSC dəmir yolu ətrafında yerləşən məktəblərdə təhlükəsizlik mədəniyyətinin formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirir. 

Bizim.Media xəbər verir ki, Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyi, eləcə də Abşeron-Xızı Regional Təhsil İdarəsinin dəstəyi ilə keçirilən növbəti görüş Xırdalan şəhər 3 saylı məktəb-liseydə baş tutub.
 

120-dən çox şagird və müəllimin qatıldığı tədbirdə uşaqlara dəmir yolu xətləri ətrafında təhlükəsiz davranış qaydaları sadə və anlaşılan dildə izah olunub. Qatarların yüksək sürəti, məsafə və reaksiya vaxtı kimi vacib məqamlar xüsusi vurğulanıb, real risklər üzərindən nümunələr təqdim edilib.


Görüşdə qatarların hərəkətinə risk yaradan hallara xüsusi diqqət ayrılıb. Qatarlara daş atılması, dəmir yolu üzərinə kənar əşyaların qoyulması kimi davranışların həm sərnişinlər, həm də bu hərəkətləri edən şəxslər üçün ciddi təhlükə yaratdığı konkret nümunələrlə izah olunub, mövzu üzrə videoçarxlar nümayiş etdirilib. 

Eyni zamanda vurğulanıb ki, şagirdlərin hər biri bu gün öyrəndikləri təhlükəsizlik mesajlarının yayılmasında aktiv rol oynayan kiçik səfirlər ola bilərlər.

İnteraktiv formatda keçən görüşdə məktəblilərin sualları cavablandırılıb. Bildirilib ki, ADY piyadaların və nəqliyyat vasitələrinin təhlükəsizliyini artırmaq məqsədilə müasir yolötürücülərin, yerüstü və yeraltı keçidlərin inşasını davam etdirir, əraziləri müasir xəbərdaredici siqnalizasiya sistemləri ilə təchiz edir.

ADY üçün təhlükəsizlik əsas dəyərlərdən və prioritet məsələlərdəndir. Bu istiqamətdə həm əyani təlimlər, həm də sosial media vasitəsilə maarifləndirmə tədbirləri davamlı şəkildə həyata keçirilir.

Məqsəd dəmir yolu ətrafında yaşayan və gündəlik olaraq bu infrastrukturdan istifadə edən hər kəs üçün daha təhlükəsiz mühit formalaşdırmaqdır.

ADY Xırdalan şagirdlərinə təhlükəsiz hərəkət mövzusunda təlim keçdi – FOTO - foto 1
ADY Xırdalan şagirdlərinə təhlükəsiz hərəkət mövzusunda təlim keçdi – FOTO - foto 2
ADY Xırdalan şagirdlərinə təhlükəsiz hərəkət mövzusunda təlim keçdi – FOTO - foto 3
ADY Xırdalan şagirdlərinə təhlükəsiz hərəkət mövzusunda təlim keçdi – FOTO - foto 4
ADY Xırdalan şagirdlərinə təhlükəsiz hərəkət mövzusunda təlim keçdi – FOTO - foto 5
ADY Xırdalan şagirdlərinə təhlükəsiz hərəkət mövzusunda təlim keçdi – FOTO - foto 6
ADY Xırdalan şagirdlərinə təhlükəsiz hərəkət mövzusunda təlim keçdi – FOTO - foto 7

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO