BDU-nun Biologiya fakültəsində

BDU-nun Biologiya fakültəsində "Qadın bəşərə yaraşıq, insanlığa şərəfdir” mövzusunda tədbir - FOTO

Hazırda oxunan: BDU-nun Biologiya fakültəsində "Qadın bəşərə yaraşıq, insanlığa şərəfdir” mövzusunda tədbir - FOTO
608225
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Qadın bəşərə yaraşıq, insanlığa şərəfdir” mövzusunda tədbir keçirilib. 
 
Fakültə dekanı Afət Məmmədova qadınlarının cəmiyyətdə və ailədə rolu, dövlətin qadınlarla bağlı siyasəti, eləcə də Azərbaycan ailə modelinin xüsusiyyətləri barədə danışıb. Azərbaycan qadınlarının ictimai-siyasi fəallığı, Vətənə sədaqəti, ailəyə bağlılığı və fədakarlığı ilə nümunə olduğunu deyən Afət Məmmədova tələbə qızlara bu müqəddəs adı həmişə ləyaqətlə daşımağı tövsiyə edib. 
 
Dosent Anar Məmmədov, Mikrobiologiya elmi-tədqiqat laboratoriyasının müdiri, professor  Xudaverdi Qənbərov Azərbaycan qadınlarının malik olduqları keyfiyyətlərdən söz açıb, ölkənin və BDU-nun həyatında qadınların önəmli rola malik olduğunu bildiriblər. 
 
Tədbirdə qış imtahan sessiyasında ən yüksək nəticə göstərdiyinə görə III kurs tələbəsi Şəms İslamova, fakültənin ictimai həyatında fəal iştirak edən Biofizika və biokimya kafedrasının dosenti Samirə Hümmətova və həmin kafedranın laboratoriya müdiri Firəngiz Babayevaya təşəkkürnamə təqdim edilib. Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Gənclər Təşkilatının (TGT) üzvləri tərəfindən qadın müəllimlərə çiçək paylanılıb. 
 
Tədbir bədii hissə ilə davam edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO