
- A-
- A
- A+
Cəmiyyət
16:50 / 23.10.2026
Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alındı – FOTO
Hazırda oxunan: Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alındı – FOTO
643863
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılması ilə bağlı məlumat sosial şəbəkələrdə yayılıb.
Bu barədə Bizim.Media-ya Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən operativ tədbirlər görülüb. Qanunsuz müdaxilələr aradan qaldırılıb, piyada səkisinin zəbtinin qarşısı alınıb. Bununla da ərazidə piyadaların təhlükəsiz hərəkəti yenidən təmin olunub.
Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən gələcəkdə də ərazidə monitorinqlər aparılacaq və bu kimi qanunsuz halların qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək.



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































