Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Hazırda oxunan: Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu
643864
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sosial şəbəkədə qeyri-etik hərəkətlərə yol verən daha bir nəfər həbs olunub.

Bizim.Media Lent.az-a istinadən xəbər verir ki, 29 yaşlı Bəhruz İsayev (şərti adla) fotoların üzərinə əxlaqsız ifadələr yazaraq "TikTok"da özünə məxsus hesabda paylaşıb.

Həmin fotolar da Bəhruzun keçmiş arvadı Ayselə, qayınatasına, və qadının dayısına məxsus olub.

Fakt əsasında Bəhruz polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsi ilə protkol tərtib olunub.
 

B.İsayev ifadəsində bildirib ki, Aysellə evli olub sonra boşanıblar. Dayısı ona zəng edərək, təhqir etdiyi üçün o da qisas almaq qərarına gəlib və "TikTok"da onların fotolarının üzərinə söyüşlər yazaraq paylaşıb. Bəhruz əməlindən peşman olduğunu bildirib.


Məhkəmənin qərarı ilə B.İsayev 8 gün müddətinə inzibati qaydada həbs olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO