Emindən böyük jest: Bütün qonorarını onlara bağışladı

Emindən böyük jest: Bütün qonorarını onlara bağışladı

Hazırda oxunan: Emindən böyük jest: Bütün qonorarını onlara bağışladı
607965
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Məşhur müğənni və iş adamı Emin Ağalarov Dağıstanda baş vermiş dağıdıcı daşqınlardan zərər çəkənlərə kömək məqsədilə 120 min dollar vəsait ayırıb.

Bizim.Media “musavat.com”a istinadən xəbər verir ki, yardımın 90 min dollar məbləğindəki ilk hissəsi artıq 17 aprel tarixində Rusiya Qızıl Xaç Cəmiyyətinə köçürülüb.

Ağalarov bu qərarını Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında elan edib.

Sözügedən vəsait sənətçinin 13-16 aprel tarixlərində İrkutsk, Krasnoyarsk, Novosibirsk və Tomsk şəhərlərində keçirdiyi dörd konsertdən əldə etdiyi tam qonorar hesabına formalaşıb.

İfaçı konsertlərdən gələn gəlirin üzərinə öz şəxsi vəsaitini də əlavə edərək məbləği artırıb.

Toplanan bütün vəsait fəlakətdən zərər çəkmiş sakinlərə ünvanlı yardım göstərilməsi üçün Rusiya Qızıl Xaç Cəmiyyətinin hesabına köçürüləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO