Milli Qəhrəman Pəncəli Teymurovun məzarı 100 metrlik bayraqla ziyarət edildi - FOTO

Milli Qəhrəman Pəncəli Teymurovun məzarı 100 metrlik bayraqla ziyarət edildi - FOTO

Hazırda oxunan: Milli Qəhrəman Pəncəli Teymurovun məzarı 100 metrlik bayraqla ziyarət edildi - FOTO
606559
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Astara rayonunun Əzərüd kəndində Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun şəhadətinin 10-cu ildönümü münasibətilə anım mərasimi keçirilib.

Bizim.Media “teleqraf.az”a istinadla xəbər verir ki, mərasim çərçivəsində qəhrəmanın ata ocağından məzarınadək uzanan məsafədə üzərində türk dövlətlərinin və Pakistanın bayraqları əks olunan 100 metr uzunluğunda bayraq aparılıb.

Təxminən 200-ə yaxın insanın iştirak etdiyi yürüş zamanı bayraq yol boyu dalğalandırılıb və böyük ehtiramla müşayiət olunub.

Anım tədbirində Milli Qəhrəmanın döyüş yoldaşları, kənd sakinləri, eləcə də Milli Məclisin deputatları iştirak ediblər.

İştirakçılar qəhrəmanın əziz xatirəsini yad edərək məzarı önünə gül dəstələri düzüblər.

Qeyd edək ki, Pəncəli Teymurov Vətən uğrunda göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb və onun xatirəsi daim ehtiramla anılır.

Milli Qəhrəman Pəncəli Teymurovun məzarı 100 metrlik bayraqla ziyarət edildi - FOTO - foto 1
Milli Qəhrəman Pəncəli Teymurovun məzarı 100 metrlik bayraqla ziyarət edildi - FOTO - foto 2
Milli Qəhrəman Pəncəli Teymurovun məzarı 100 metrlik bayraqla ziyarət edildi - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO