Hər gün bir stəkan içənlərin ürəyi yenilənir

Hər gün bir stəkan içənlərin ürəyi yenilənir

Hazırda oxunan: Hər gün bir stəkan içənlərin ürəyi yenilənir
606307
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Aroniya meyvəsi yüksək polifenol tərkibi ilə damar sərtliyinin qarşısını alır, təzyiqi balanslaşdırır və immunitet sistemini hüceyrə səviyyəsində yeniləyir.

Bizim.Media xəbər verir ki, aroniya meyvəsi bədəndəki oksidativ stresi azaltmaq, qan damarlarının elastikliyini artırmaq və damar sərtləşməsinin (ateroskleroz) qarşısını alır.

Mütəxəssislər meyvənin tərkibindəki təbii birləşmələrin qan təzyiqini düşürməyə və lipid (piy) balansını təmin etməyə kömək etdiyini bildirirlər.

Müntəzəm aroniya istehlakının, xüsusilə fəsil dəyişiklikləri zamanı immunitet sistemini hüceyrə səviyyəsində dəstəklədiyi ifadə edilir. Mikrosirkulyasiyanı (qan dövranını) yaxşılaşdıraraq beyin funksiyalarını dəstəkləyən bu meyvə eyni zamanda qlükoza səviyyəsini sabitləşdirir və gündəlik enerji balansına töhfə verir.

Möcüzəvi aroniya şirəsinin hazırlanması

Lazım olanlar:

2 kq aroniya meyvəsi

1 kq şəkər tozu

1 litr su

1 ədəd limonun suyu

Hazırlanması:

Şəkərlə birlikdə gözlədilən meyvələrə su və limon suyu əlavə edilərək 20-30 dəqiqə qaynadılır.
 

Qarışıq meyvələrin özünü tamamilə buraxması üçün bir neçə saat dincəldildikdən sonra süzülür. Süzülən maye təkrar qaynama nöqtəsinə gətirilərək sterilizə edilmiş şüşə bankalara doldurulur və 15 dəqiqə ərzində pasterizə edilir.


Elmi araşdırmalar yuxu keyfiyyətini artırmaqda məşq növünün əhəmiyyətinə də toxunur. Yüksək intensivlikli yoga məşqlərinin, yuxu rejimini yaxşılaşdırmaqda yerimək kimi standart fəaliyyətlərdən daha təsirli nəticələr verdiyi müəyyən edilib. (milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO