Rəsmilər Qubada sürüşmə zolağında: Alternativ yol çəkiləcək – FOTO

Rəsmilər Qubada sürüşmə zolağında: Alternativ yol çəkiləcək – FOTO

Hazırda oxunan: Rəsmilər Qubada sürüşmə zolağında: Alternativ yol çəkiləcək – FOTO
605973
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rəsmilər aprelin 7-də geniş məsafədə torpaq sürüşməsi baş vermiş Quba-Qonaqkənd yoluna baxış keçiriblər.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Quba icra başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Tariyel İbrahimov məlumat verib.
 

O bildirib ki, bu gün Qubanın icra başçısı İlqar Mahmudov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev, FHN-nin mütəxəssisləri, xidmət təşkilatlarının rəhbərləri sürüşmə zolağına təkrar baxış keçiriblər:


"Hazırda əhaliyə gediş-gəliş üçün nəzərdə tutulan alternativ yollar üzərində müzakirələr aparılıb. Bir neçə versiya var, onların biri barədə yekdil razılığa gəlib reallaşması təmin olunacaq".

Qurum rəsmisi onu da açıqlayıb ki, sürüşmə zolağının o tayında qalmış kəndlərin əhalisi üçün səhiyyə, internet xidməti təmin edilib, tezliklə alternativ yol da sakinlərin istifadəsinə veriləcək.

Rəsmilər Qubada sürüşmə zolağında: Alternativ yol çəkiləcək – FOTO - foto 1
Rəsmilər Qubada sürüşmə zolağında: Alternativ yol çəkiləcək – FOTO - foto 2
Rəsmilər Qubada sürüşmə zolağında: Alternativ yol çəkiləcək – FOTO - foto 3

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO