Kürdəmirdə magistral su boru xətti PARTLADI: Sakinlər susuz qaldı - FOTO/VİDEO

Kürdəmirdə magistral su boru xətti PARTLADI: Sakinlər susuz qaldı - FOTO/VİDEO

Hazırda oxunan: Kürdəmirdə magistral su boru xətti PARTLADI: Sakinlər susuz qaldı - FOTO/VİDEO
603560
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kürdəmirdə magistral su boru xətti partlayıb, rayon mərkəzi və 6 kənd susuz qalıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Külüllü-Kürdəmir magistral su xəttinin 32-ci km-də, rayonun Qaraqocalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, qəza diametri 55 mm olan borunun partlaması nəticəsində qeydə alınıb. Qəza yerinə aidiyyatı qurumun canlı qüvvəsi və texnikası cəlb olunub.
 

Qəzanın aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Borunun partlaması nəticəsində ətrafdakı həyətyanı sahələrdə subasma baş verib və sakinlərə xeyli maddi ziyan dəyib.


Qeyd edək ki, Külüllü -Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayonun ümumilikdə 21000 sakinini içməli su ilə təmin edir.



Kürdəmirdə magistral su boru xətti PARTLADI: Sakinlər susuz qaldı - FOTO/VİDEO - foto 1
Kürdəmirdə magistral su boru xətti PARTLADI: Sakinlər susuz qaldı - FOTO/VİDEO - foto 2
Kürdəmirdə magistral su boru xətti PARTLADI: Sakinlər susuz qaldı - FOTO/VİDEO - foto 3

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO