Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO

Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO

Hazırda oxunan: Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO
603123
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzi ilə Özbəkistanın Aqrar Elm və İnnovasiya Mərkəzi arasında anlaşma memorandumu imzalanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov "X" hesabında paylaşım edib.

Nazir bildirib ki, imzalanmış sənəd ölkələr arasında aqrar tədqiqat sahəsində əməkdaşlığın daha da genişlənməsinə və dərinləşməsinə mühüm töhfə verəcək.
 

"Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə keçirilmiş ikitərəfli görüş çərçivəsində mövcud əməkdaşlığın cari vəziyyəti və Dostluq bağında həyata keçirilmiş işlər ətrafında müzakirə apardıq.


Görüş zamanı Azərbaycan və Özbəkistanın digər ölkələrə birgə ixrac imkanları, aqrar sığota sahəsində azərbaycanlı mütəxəssislərin Özbəkistana dəstək göstərilməsi məsələləri müzakirə edildi", - paylaşımda qeyd edilib.

Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO - foto 1
Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO