Azad olunmuş ərazilərdə qaz şəbəkəsinin elektron xəritələri hazırlandı

Azad olunmuş ərazilərdə qaz şəbəkəsinin elektron xəritələri hazırlandı

Hazırda oxunan: Azad olunmuş ərazilərdə qaz şəbəkəsinin elektron xəritələri hazırlandı
60258
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İşğaldan azad olunmuş ərazilərdə hazırlanmış elektron xəritələr və qaz təchizatı şəbəkəsi barədə texniki məlumatlar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub. 

Bizim.Media-nın məlumatına görə, bu barədə Energetika Nazirliyi tərəfindən 2021-ci ildə görülmüş işlərə dair hesabatda deyilir.

"Hazırki mərhələdə mövcud qaz təchizatı şəbəkəsinin inventarlaşdırılması məqsədi ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin işçi qrupu tərəfindən yerində araşdırmalar davam etdirilir", - hesabatda deyilir. 

Bildirilir ki, hazırda Şuşa şəhərinin, Hadrut qəsəbəsinin, Xocavənd rayonunun Tuğ, Böyük Tağlar, Zoğalbulaq, Azıx, Edilli, Axullu, Ağbulaq, Şexer kəndlərinin, Füzuli rayonunun Qacar kəndində yerləşən keçmiş hərbi hissənin mövcud qaz xətlərinin inventarlaşması yekunlaşıb, qeyd olunan yaşayış məntəqələrində vizual aşkar olunmuş qaz təchizatı şəbəkəsinin elektron xəritələri və şəbəkə barədə texniki məlumatlar hazırlanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO