Ağdamda yeniyetmə rəssamın əl işləri sərgiləndi - ÖZƏL/FOTO

Ağdamda yeniyetmə rəssamın əl işləri sərgiləndi - ÖZƏL/FOTO

Hazırda oxunan: Ağdamda yeniyetmə rəssamın əl işləri sərgiləndi - ÖZƏL/FOTO
602092
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağdam şəhərində ilaxır çərşənbə münasibətilə təşkil olunan bayram tədbirləri çərçivəsində yeniyetmə rəssam Nuray Həsənlinin əl işlərindən ibarət sərgi nümayiş etdirilib.

Bu barədə Bizim.media-nın Qarabağ bürosuna danışan N.Həsənli bildirib ki, doğma Ağdamı görməsə də, bu şəhər haqqında daim böyüklərdən eşidib və burada rəsmlərinin sərgilənməsi onun üçün xüsusi qürurvericidir.

O qeyd edib ki, gələcəkdə bütöv Azərbaycanın rəssamı kimi Qarabağ mövzusunda yaratdığı əsərləri ölkə hüdudlarından kənarda da nümayiş etdirməyi qarşısına məqsəd qoyub.
 

Gənc rəssam əlavə edib ki, yaradıcılığında vətənpərvərlik mövzusu xüsusi yer tutur və o, gələcəkdə 44 günlük Vətən müharibəsinə həsr olunan daha çox əsər üzərində işləməyi planlaşdırır.


Qeyd edək ki, Ağdam şəhərində keçirilən bayram tədbirləri çərçivəsində Ağdam Muğam Mərkəzi ətrafında konsert proqramı, əl işləri sərgisi və Qarabağa məxsus milli mətbəx nümunələri sakinlərə təqdim olunub.

Ağdamda yeniyetmə rəssamın əl işləri sərgiləndi - ÖZƏL/FOTO - foto 1
Ağdamda yeniyetmə rəssamın əl işləri sərgiləndi - ÖZƏL/FOTO - foto 2
Ağdamda yeniyetmə rəssamın əl işləri sərgiləndi - ÖZƏL/FOTO - foto 3
Ağdamda yeniyetmə rəssamın əl işləri sərgiləndi - ÖZƏL/FOTO - foto 4
Ağdamda yeniyetmə rəssamın əl işləri sərgiləndi - ÖZƏL/FOTO - foto 5

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO